Ağdamda piyada əleyhinə mina aşkarlanıb

Ağdamda piyada əleyhinə mina aşkarlanıb ANAMA tərəfindən nəticə olaraq 5 min kv.m ərazi yoxlanılıb
Hərbi
31 Oktyabr , 2016 12:43
Ağdamda piyada əleyhinə mina aşkarlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ağdam rayonunun Qaradağlı kəndində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Qaradağlı kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb.

ANAMA tərəfindən nəticə olaraq 5 min kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik aprelin 7-dən oktyabrın 31-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi