Yuxarı

Ağcabədidə "Qrad" raketi və top mərmisinin qalıqları aşkarlanıb

ANAMA Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar haqqında hesabat yayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a bildirilib ki, rayonun Hacılar kəndindəki əkin sahəsində təhlükəli əraziyə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməsə də, partlamış 9M22U "Qrad" raketi və top mərmisinin qalıqları aşkarlanaraq götürülüb.

Ümumiyyətlə, agentlik tərəfindən bu il aprelin 7-dən sentyabrın 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 482 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi