Ağcabədi rayonunda partlamış raketin qalıqları aşkarlanıb​ - FOTO

Ağcabədi rayonunda partlamış raketin qalıqları aşkarlanıb​ - FOTO Hazırda agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə əməliyyatları davam etdirir
Hərbi
3 İyul , 2016 21:15
Ağcabədi rayonunda partlamış raketin qalıqları aşkarlanıb​ - FOTO

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, rayonun Hacılar kəndinin bir əkin sahəsində partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamış raketin (9M22U-Qrad) qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 aprel – 03 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 29 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 566 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi