28 May - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib Hərbi hissələrdə keçirilən bayram konsertləri və digər tədbirlərdə şəxsi heyət, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib
Hərbi
28 May , 2017 16:31
28 May - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

Bakı. 28 may. REPORT.AZ/ 28 May - Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi