Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər

Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.
Hərbi
11 Fevral , 2021 14:38
Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izləyiblər

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

“Report” xəbər verir ki, təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.

Qeyd edək ki, fevralın 1-də Qars şəhərində "Qış təlimi-2021" adlı Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimləri izləmək üçün bu şəhərə gedib. Bu gün Z.Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimlərin Müşahidəçi günündə iştirak ediblər. Fevralın 12-də başa çatacaq təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Son xəbərlər

Orphus sistemi