Təlimlərdə iştirak edəcək Azərbaycanın hərbi helikopterləri Türkiyədədir

Hərbi
  • 13 may, 2019
  • 06:59
Təlimlərdə iştirak edəcək Azərbaycanın hərbi helikopterləri Türkiyədədir

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi pilotlar plana uyğun olaraq, bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.