"Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib

"Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir. Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərras
Hərbi
16 Avqust , 2022 16:54
Snayper həddi müsabiqəsində sınaq atışları yerinə yetirilib

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.

Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi