Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək
Hərbi
- 18 dekabr, 2017
- 12:47
Bakı. 18 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-da bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.
Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Son xəbərlər
03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18
Polşa dron istehsalı zavodunun yandırılmasında xarici kəşfiyyatın izinin olduğunu açıqlayıb
Digər ölkələr01:53
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
Futbol01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44