Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Hərbi
5 Fevral , 2018 20:24
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi