Şəhid İlqar Mirzəyevin xatirəsi Gürcüstanda anılıb
Hərbi
- 16 iyul, 2020
- 09:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində anılıb.
"Report"un yerli bürosu xəbər verir ki, kənddə şəhidin ruhuna ehsan süfrəsi təşkil olunub.
Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov da iştirak ediblər.
Səfir şəhidin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
O deyib ki, Ermənistanın təcavüzü və hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçular ölməzlik qazanıblar və onların əziz xatirələri azərbaycanlıların yaddaşında daima yaşayacaq.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub.
Son xəbərlər
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir
Region
20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
ASK
20:49
Azərbaycan Kubokunda "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib
Futbol
20:42
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
Digər ölkələr
20:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
Hadisə
20:38
Ərdoğan Sİ-nin kibertəhdidlərə təsiri barədə məlumatlandırılıb
Region
20:31
"VAM Caspian" BP ilə Xəzər dənizində qazma işlərinə dəstək üzrə xidmət müqaviləsini uzadıb
Energetika
20:17
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Region
19:58
Foto
Video
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Xarici siyasət