Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərlik anlamına gəlmir

Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərlik anlamına gəlmir “Bu gün Azərbaycan Prezidenti, Silahlıq Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkə ərazisində hərbi vəziyyət elan olunub”. “Report” xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında şöbə rə
Hərbi
27 Sentyabr , 2020 21:08
Səfərbərlik Xidməti: Hərbi vəziyyət səfərbərlik anlamına gəlmir

"Bu gün Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub".

"Report" xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə deyib.

"Xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir", - Ə.Babazadə əlavə edib.

"Mövcud qanunvericiliyə əsasən, yəni Azərbaycanda “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, səfərbərlik Azərbaycan iqtisadiyyatının yerli icra hakimiyyəti və özünü idarəetmə orqanlarının, idarə və təşkilatlarının xüsusi iş rejiminə keçirilməsi və Azərbaycan Silahlı Qüvvələrinin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir. Bu gün Azərbaycanda səfərbərlik deyil, hərbi vəziyyət elan olunub. Nəzərə çatdırmaq istəyirik ki, səfərbərlik ölkəmizdə KİV və sosial şəbəkə vasitələri ilə elan olunacaq. Əgər səfərbərlik elan olunsa, ictimaiyyət məlumatlandırılacaq. Zərurət olanda əgər Azərbaycan səfərbərlik elan olunsa, bütün vəzifəlilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə çağırılacaq və ölkənin müdafiəsinin, dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə cəlb olunacaqlar.

Bir daha Azərbaycan ictimaiyyətinə, vətənpərvər xalqımıza öz təşəkkürümüzü bildiririk ki, bugünlərdə həqiqətən böyük ruh hissi ilə bizim xidmətə müraciət edərək, döyüş bölgəsinə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmək istədiklərini bildirirlər", - o, vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi