“Rosoboroneksport”un baş direktoru : “Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, müxtəlif infrastruktur layihələri təklif edirik”

Hərbi
  • 25 sentyabr, 2018
  • 05:37
“Rosoboroneksport”un baş direktoru : “Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, müxtəlif infrastruktur layihələri təklif edirik”

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Rusiya üçün vacib olan Xəzəryanı ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Biz belə sərgilərdən çox əhəmiyyətli təcrübə qazanırıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev ”ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi ilə bağlı bildirib.

“Biz Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, mütəxəssislərin hazırlanması, təmir və xidmətlə bağlı müxtəlif infrastruktur layihələri təklif edirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda “ADEX-2018” III Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılıb. Sərgidə dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edir. Sərgi sentyabrın 27-dək davam edəcək. 

44 filmi