“Azərbaycanda 20 il qüsursuz hərbi xidmətdə olmuş zabitlər evlə təmin edilir. Dövlət evsiz olan zabitlərin aylıq kirayə haqqını ödəyir. Hər ay həmin şəxslərin kirayə haqları verilir”.
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, ehtiyata buraxılmış zabitlərin evlə təmin olunması ilə bağlı daha əvvəl qanun qəbul edilib: “Qanunun icrası ilə bağlı bəzi obyektiv səbəblərdən ləngimə prosesləri gedir. Obyektiv səbəblər nədir? Bilirsiniz ki, məcburi köçkünlərin köçürülməsi çox sürətlə həyata keçirilir. Yəni onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam etdirilir. Ötən il 6 mindən çox bu kateqoriyadan olan insanlara yeni mənzillər verildi. Həmçinin Qarabağ əlilləri və şəhid ailələrinə də yeni evlər verilir. Hesab edirəm ki, növbəti illərdə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti də yaxşılaşacaq. Yəni bunların bir balaca zamana ehtiyacı var. Çünki uşaq baxçalarında, təhsil müəssisələrində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin, Qarabağ əlillərinin təminatı ilə bağlı, ola bilsin ki, ləngimələr olsun”.
"Tam məsuliyyətlə deyirəm ki, evlə təmin olunmayan ehtiyata buraxılmış zabitlərə dövlət hər ay kirayə haqqı ödəyir"
Nəsib MəhəməliyevMilli Məclisin deputatı &
N.Məhəməliyev bildirib ki, ölkəmiz müharibə şəraitindədir, ordunun saxlanılması üçün ən müasir silahlarla təchiz olunması üçün milyardlarla vəsait xərclənir: "Bu məsələlərə görə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti ilə təmin olunmasında bir balaca ləngimələr var. Tam məsuliyyətlə deyirəm ki, evlə təmin olunmayan zabitlərə dövlət hər ay kirayə haqqı ödəyir. Eyni zamanda ehtiyata buraxılmış zabitlərə ev verilir. Bunun əksini iddia etmək qətiyyən doğru deyil. Sadəcə, gözləmək, səbir etmək lazımdır”.