Qazaxıstan HDQ baş komandanının müavini: "Azərbaycan "Dəniz Kuboku-2017"ni yüksək səviyyədə təşkil edəcək"

Qazaxıstan HDQ baş komandanının müavini: "Azərbaycan "Dəniz Kuboku-2017"ni yüksək səviyyədə təşkil edəcək" Yermak Bayqabulov: "İkinci yer bizi qane etmir"
Hərbi
31 İyul , 2017 12:30
Qazaxıstan HDQ baş komandanının müavini: Azərbaycan Dəniz Kuboku-2017ni yüksək səviyyədə təşkil edəcək

Bakı. 31 iyul. REPORT.AZ/ "Azərbaycan tərəfi "Dəniz Kuboku-2017" üçün böyük kompleks təşkilati işlər görüb, estakadalar və təlim-məşq kompleksləri, müsabiqənin keyfiyyətli təşkili üçün maddi baza hazırlayıb".

"Report" xəbər verir ki, bunu "BNews.kz" nəşrinə müsahibəsində Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanının müavini, birinci dərəcəli kapitan Yermak Bayqabulov deyib.

O, müsabiqənin yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfinin səylərini bildirib.

"Dostluq ab-havası hökm sürür. İlk gündə bizimlə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanın özü görüşdü. Dil maneəsi olmadığından - hər iki tərəf rus dilində bilir - gəmi ekipajları bir-biri ilə rahat ünsiyyət qurur. Qazaxıstan tərəfi ev sahiblərindən isti münasibət görür", - Y.Bayqabulov bildirib.

O əlavə edib ki, Qazaxıstan gəmilərinin Astanadan yola salınması mərasimində şəxsən müdafiə naziri, general-polkovnik Jasuzakov Saken və Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Jandarbek Janzakov iştirak ediblər və bu, müsabiqəyə böyük diqqət göstərilməsinin sübutudur.

Baş komandanının müavini komandanlığın belə münasibəti qarşılığında ikinci yerin onları qane etməyəcəyini söyləyib.

Qeyd edək ki, bu il avqustun 1-dən 11-dək Bakı sahilində keçiriləcək "Dəniz Kuboku-2017" beynəlxalq yarışmasında Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi