Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib 2020-ci ilin 18 sentyabr tarixində Azərəbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol¬kov-nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhə
Hərbi
18 Sentyabr , 2020 15:23
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib
0 : 00
0 : 00

Sentyabrın 18-də Azərəbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər edib.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

“Qazax” əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi