Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
7 Fevral , 2019 12:32
Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
mod.gov.az

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Bakıda səfərdə olan Nigeriyanın Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Nigeriyanın nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi