Nazirlik: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır

Nazirlik: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır “Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.
Hərbi
1 Avqust , 2019 11:01
Nazirlik: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır

“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

“Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi