Zakir Həsənov “Üç qardaş - 2021” təliminin yüksək səviyyədə keçirilməsinə dair göstəriş verib

Zakir Həsənov “Üç qardaş - 2021” təliminin yüksək səviyyədə keçirilməsinə dair göstəriş verib Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub. Müdafiə nazirinə təlimə ha
Hərbi
6 Sentyabr , 2021 16:14
Zakir Həsənov “Üç qardaş - 2021” təliminin yüksək səviyyədə keçirilməsinə dair göstəriş verib

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi