Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilir

Hərbi
  • 10 may, 2018
  • 06:34
Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilir
mod.gov.az

Bakı. 10 may. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Təntənəli mərasimlər Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində təşkil olunub.