Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb

Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir. Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır
Hərbi
13 Oktyabr , 2021 15:16
Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqlayıb

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.

Son xəbərlər

Orphus sistemi