Müdafiə Nazirliyi: Tovuz istiqamətində Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Müdafiə Nazirliyi: Tovuz istiqamətində Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.
Hərbi
17 Aprel , 2024 10:37
Müdafiə Nazirliyi: Tovuz istiqamətində Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi