MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb
Hərbi
15 Mart , 2017 18:17
MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfrans da keçirilib.

Son xəbərlər

Orphus sistemi