Kursant: "Azərbaycan Ordusunun layiqli zabitlərindən olmağa çalışıram"

Kursant: "Azərbaycan Ordusunun layiqli zabitlərindən olmağa çalışıram" "Peşəkar zabitlərimizin, savadlı müəllimlərimizin köməkliyi ilə bilik və bacarıqlarımı artıraraq Azərbaycan Ordusunun layiqli zabitlərindən olmaq üçün öz üzərimdə çalışıram".
Hərbi
26 iyun 2023 11:47
Kursant: Azərbaycan Ordusunun layiqli zabitlərindən olmağa çalışıram

"Peşəkar zabitlərimizin, savadlı müəllimlərimizin köməkliyi ilə bilik və bacarıqlarımı artıraraq Azərbaycan Ordusunun layiqli zabitlərindən olmaq üçün öz üzərimdə çalışıram".

"Report"un xəbərinə görə, bunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Tamerlan İsmayılov deyib.

O, kiçik yaşlarından hərbçi olmaq istədiyini, arzusuna çatmaq üçün ilk addımlarını Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atdığını bildirib:

"Orta məktəbdə təhsil aldığım zaman gələcəkdə hərbçi olmaq qərarına gəlmişdim. Bu istəyimi ailəmlə bölüşdüyümdə onların da dəstəyini almaq məni daha da cəsarətləndirdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul qaydaları barədə məlumatı internet resurslarında araşdırdıqdan sonra müvafiq sənədləri toplayaraq qəbul imtahanlarında iştirak etdim. Yüksək nəticə toplayıb liseyə qəbul olduğumda özümü çox xoşbəxt hiss etdim. Sevinirəm ki, bu təhsil müəssisəsində hərbi təhsil alıram. Bura artıq mənim ikinci evim, buradakılar isə ikinci ailəmdir. Peşəkar zabitlərimizin, savadlı müəllimlərimizin köməkliyi ilə bilik və bacarıqlarımı artıraraq Azərbaycan Ordusunun layiqli zabitlərindən olmaq üçün öz üzərimdə çalışıram. Söz verirəm ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şücaət göstərmiş oğullarımızın layiqli davamçısı olacaq, hər zaman Vətənə, xalqa layiqli xidmət edəcəyəm".

Qeyd edək ki, T.İsmayılov 2007-ci ilin iyunun 28-də Bakıda anadan olub. Birinci Qarabağ müharibəsi şəhidi Etibar Şirəliyevin adını daşıyan 274 nömrəli tam orta məktəbdə təhsil alan Tamerlan 2022-ci ildə 292 bal toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.

Son xəbərlər

Orphus sistemi