Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçirib

Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçirib Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın hazırlıqlarını davam etdirir.
Hərbi
4163
8 Dekabr , 2020 11:25
Hərbi təyyarələr Qələbə paradına hazırlıq uçuşları keçirib
0 : 00
0 : 00

Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir.

“Report” xəbər verir ki, dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilib.

Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi