Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edib

Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edib Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təm
Hərbi
30 İyun , 2021 15:29
Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib.

Son xəbərlər

Orphus sistemi