Hərbi ekspert mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Hərbi ekspert mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib “Hər şeydən əvvəl insanlarımız məsuliyyətli davranmalıdırlar. Məni ən çox narahat edən məsələlərdən biri Qarabağa getməyə icazəsi olan şəxslərin bir neçə yaxınını özləri ilə aparmasıdır”.
Hərbi
216
23 Noyabr , 2021 17:02
Hərbi ekspert mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

“Hər şeydən əvvəl insanlarımız məsuliyyətli davranmalıdırlar. Məni ən çox narahat edən məsələlərdən biri Qarabağa getməyə icazəsi olan şəxslərin bir neçə yaxınını özləri ilə aparmasıdır”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bir il ərzində 180 nəfərə yaxın şəxsin minaya düşməsi ciddi göstəricidir: "Bir ildir torpaqlarımız işğaldan azad olunub. Deməli, hər iki günə bir nəfər düşür. Əgər insanlarımız məsuliyyətli davranmasalar, ölüm sayları gələcəkdə daha da arta bilər. Hazırda torpaqlarımızda minadan təmizləmə işləri uğurla davam edir. Yaxın zamanda vaxtı ilə torpaqlarından didərgin düşənlərin yenidən Qarabağa qayıtmalarının şahidi olacağıq. Sadəcə təmkinli olmaq lazımdır. Əgər 28 il səbr etmişiksə, daha bir neçə ay da səbr edə bilərik”.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Həmçinin Ü.Cəfərov rus sülhməramlılarının bu sahədəki fəaliyyətinə də toxunub: “Doğrudur, sözügedən bədbəxt hadisələrin çox böyük əksəriyyəti hazırda bizim nəzarətimizdə olan hissədə baş verir. Rusiya hərbçilərinin olduğu ərazilərdə cəmi bir neçə hadisə olub. Bununla belə, sülhməramlılar da məsuliyyət daşımalı, öz işlərini layiqincə yerinə yetirməlidirlər. Xüsusilə gediş-gəlişin qarşısı alınmalıdır ki, minaya düşənlərin sayı artmasın, əlavə problemlər yaranmasın”.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Həmçinin işğaldan azad edilən torpaqlarımızda indiyədək ümumilikdə 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb. 62 855 782 kv.m (6286 ha) ərazi isə mina və PHS-lərdən təmizlənib.

Son xəbərlər

Orphus sistemi