Bakı. 14 May. REPORT.AZ/ Bu gün Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin Azərbaycana səfəri başlayıb.
“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.