General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayorPolad Həşimov dəfn olunur.
Hərbi
1898
15 İyul , 2020 09:50
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunub
0 : 00
0 : 00

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.

"Report" xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.


*** 09:17

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

"Report" xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

Fotolar: Rəşad Vaqifoğlu