Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri açıqlandı - 4 milyard manat

Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri açıqlandı - 4 milyard manat Gələn il müdafiə və təhlükəsizlik xərclərinə ayrılacaq vəsaitin həcmi 3 milyard 954 milyon 667 min 500 manat olacaq.
Hərbi
3 Sentyabr , 2020 11:50
Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri açıqlandı - 4 milyard manat
0 : 00
0 : 00

2021-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri məlum olub.

"Report"un xəbərinə görə, bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb.

Layihəyə əsasən, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və orta müddətli dövrdə də davam etdiriləcək.

Gələn il müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 15,3 % həcmində olacaq.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il müdafiə və təhlükəsizlik xərclərinə ayrılacaq vəsaitin həcmi 3 milyard 954 milyon 667 min 500 manat olacaq.

Son xəbərlər

Orphus sistemi