MN: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

MN: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar. Təqdim olunan videonun m
Hərbi
28 Fevral , 2024 21:09
MN: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi