Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir" Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib. Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyy
Hərbi
12 May , 2023 13:51
Azərbaycan MN: Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

Son xəbərlər

Orphus sistemi