DSX-nin baş çavuşu vəfat edib
Hərbi
- 10 dekabr, 2021
- 07:46
Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmasından halı pisləşib.
Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Onun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişmişdir. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması üzrə müvafiq tədbirlər həyata keçirilir.
DSX rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Son xəbərlər
09:00
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.08.2026)
Maliyyə08:57
Türkiyədə çimərlikdə bir ailənin üç üzvünün meyiti tapılıb
Region08:50
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.08.2026)
Maliyyə08:45
Yaponiyada ölüm hökmü icra edilib
Digər ölkələr08:30
Alyaskada göyərtəsində səkkiz nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Digər ölkələr08:11
Bakıda bir neçə istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir
İnfrastruktur08:10
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:43