Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib
Hərbi
- 30 iyul, 2023
- 17:03
İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən bildirilib.
Qeyd olunub ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Son xəbərlər
19:56
Şamaxıda müharibə veteranları arasında I Ümumrespublika "Yenilməzlər" minifutbol yarışına start verilib
Futbol19:41
"The Sun": Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibilxanada aşkarlanıb
Digər ölkələr19:24
"Qarabağ" Cebrail Makreçkisi transfer edib
Futbol19:15
Fransada meşə yanğını 1 500 hektar ərazini əhatə edib
Digər ölkələr18:59
Azərbaycanın basketbol millisi İrlandiya seçməsinə məğlub olub
Komanda18:44
Fransa gələn ilin yayınadək ilk döyüş robot bölməsini yaradacaq
Digər ölkələr18:26
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Milli Məclis18:03
Siciliyada Etna vulkanı aktivləşdiyi üçün hava əlaqəsi məhdudlaşdırılıb
Digər ölkələr17:55
Foto