Dövlət Xidməti: Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir

Dövlət Xidməti: Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir "Məlum olduğu kimi, Ali Baş Komandanın müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi b
Hərbi
2 Oktyabr , 2020 15:07
Dövlət Xidməti: Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir
Zaur Abdullayev
0 : 00
0 : 00

"Bildiyiniz kimi Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilmişdir. Qeyd edim ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər. Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər". 

"Report" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev deyib.

"Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olaraq Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlarımıza bir daha təşəkkürümüzü bildiririk", - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi