Ötən gün Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbələri nəticəsində azərbaycanlı iş adamının da əmlakı zərər görüb.
“Report”un hadisə yerində olan Şərqi Avropa bürosunun əməkdaşı xəbər verir ki, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
Rusiyanın “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.
İnsanların hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunub.

















