“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub

“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub. Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin
Hərbi
19 Avqust , 2022 19:04
“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.

Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi