Bakı. 10 yanvar. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, mərasim ulu öndər
Daha sonra rəmzi olaraq xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə Müdafiə nazirinin təbriklərini çatdırıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.
Xidmət müddətində nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmasından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.
Tədbir bayram naharı ilə sona çatıb.