"Təlimlər iştirakçı ölkələrin birgə fəaliyyəti və əməkdaşlığı üçün potensiallarının gücləndirilməsi məqsədini daşıyır" - deyə, bəyanatda bildirilib.
Təlimlərdə Azərbaycan, Makedoniya, Bosniya və Herseqovina, Serbiya, Qazaxıstan, Çernoqoriya, Moldaviya, İordaniya, Ukrayna, Mavritaniya, Əlcəzair və Pakistan iştirak edəcək.
Təlimlərə 143 hərbçinin qatılacağı gözlənilir. Onlardan 84 nəfəri Türkiyəni, 48 nəfəri alyansın tərəfdaş ölkələrini, 11 nəfəri isə digər dövlətləri təmsil edəcəklər.