“BOO-2019” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstana gedib

Hərbi
  • 31 iyul, 2019
  • 13:14
“BOO-2019” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstana gedib

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.