Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir

Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirib. Əvvəlcə qonaqlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev lektoriyasında təşkil edilən “Azərbaycan yalnız deyil!” adlı fotosərgi ilə tanış olub.
Hərbi
3 İyun , 2021 18:20
Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir
0 : 00
0 : 00

Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini davam etdirib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev lektoriyasında təşkil edilən “Azərbaycan yalnız deyil!” adlı fotosərgi ilə tanış olub. Sərgidə Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığını, iki dövlət, bir millətin ordularının əməkdaşlığını əks etdirən fotolar və “Qarabağın səsi” videoçarxı tədbir iştirakçılarında böyük maraq oyadıb.

Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan “Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi” və “Vətən müharibəsi şəhidləri” adlı kitabların nüsxələri hədiyyə edilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən iclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas yardımçı işçi qruplarda davam edib.

İyunun 4-dək keçiriləcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Son xəbərlər

Orphus sistemi