Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keç
Hərbi
19 Sentyabr , 2023 15:01
Zakir Həsənov antiterror tədbirləri barədə türkiyəli həmkarını məlumatlandırıb

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi