Azərbaycan və İtaliya orduları arasında əlaqələr müzakirə olunub

Azərbaycan və İtaliya orduları arasında əlaqələr müzakirə olunub İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
Hərbi
16 İyul , 2021 18:15
Azərbaycan və İtaliya orduları arasında əlaqələr müzakirə olunub
0 : 00
0 : 00

İyulun 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi