Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda birgə hərbi təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda birgə hərbi təlim keçirəcək Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.
Hərbi
27 Avqust , 2019 10:36
Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda birgə hərbi təlim keçirəcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi