​Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb

​Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb Sülhməramlılarımız Kabuldakı Beynəlxalq Hava Limanını qoruyacaqlar
Hərbi
442
10 Yanvar , 2015 16:35
​Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb

Bakı. 10 yanvar. REPORT.AZ/ "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

"Report"un Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Yeni tapşırığa əsasən, sülhməramlılarımız Kabul şəhərindən yerləşən Beynəlxalq Hava Limanını qoruyacaqlar.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Son xəbərlər

Orphus sistemi