Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxt
Hərbi
30 Noyabr , 2022 20:30
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi