Azərbaycan Ordusunun hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçirib

Azərbaycan Ordusunun hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçirib Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.
Hərbi
17 Noyabr , 2021 18:17
Azərbaycan Ordusunun hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçirib

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib.

"Report" xəbər verir ki, kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin bir nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.

Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə ordu aviasiyası da cəlb edilib.

Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.

Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi