Azərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir

Azərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsünə Azərbaycan Ordusunun şəxsi heyəti də qoşulub.
Hərbi
28 Noyabr , 2019 15:39
Azərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsünə Azərbaycan Ordusunun şəxsi heyəti də qoşulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ağacəkmə aksiyası çərçivəsində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatlarda ümumi sayı 60 mindən çox müxtəlif növ ağac əkiləcək, təyin olunmuş ərazilərdə yeni yaşıllıq zolaqları salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq, ağacların dibi yumşaldılacaq və yaşıllıqlara aqrotexniki qulluq göstəriləcək.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltməkdir.

Hazırda Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir.

Son xəbərlər

Orphus sistemi