Bakıda Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı görüş keçirilib

Bakıda Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı görüş keçirilib Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.
Hərbi
11 Mart , 2019 11:19
Bakıda Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı görüş keçirilib
mod.gov.az
0 : 00
0 : 00

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Bakıda səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi