Bakı. 10 mart. REPORT.AZ/ Bakı Slavyan Universiteti və "Respublika Milli Qəhərmanlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Ordusunun mühəndis istehkam qüvvələrinin 23-cü ildönümü ilə əlaqədar olaraq "N" saylı hərbi hissənin zabit və əsgərləri ilə görüş keçirilib.
BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev çıxışı zamanı dövlət başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Milli Ordunun getdikcə gücləndiyini, işğal olunan torpaqlarımızın azad olunacağı günün uzaq olmadığını vurğulayıb. Vətənə məhəbbətdən danışan rektor əsgərlərə daim möhkəm, nizamlı olmağı arzulayıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
"Respublika Milli Qəhrəmanlar" İctimai Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqları hərbi xidmətdə olan əsgərləri hər zaman mübariz, vətənpərvər olmağa səsləyiblər, o cümlədən Novruz bayramı münasibətilə onları təbrik ediblər.
Tədbir BSU-nun yaradıcı gənclərinin və Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” mahnı ansamblının ifasında səslənən musiqi nömrələrindən ibarət konsert proqamı ilə davam etdirilib.
Qarşılıqlı maraq doğuran görüş hərbi hissənin komandiri, zabit və əsgərləri tərəfindən xoş sözlərlə dəyərləndirilib. İştirakçılar BSU rəhbərliyinə minnətdarlıqları