Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib - VİDEO

Hərbi
  • 16 aprel, 2020
  • 13:12
Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib - VİDEO

44 - Tezliklə